Skip to content

Gözləmə vaxtı nəzərə alınır

Gözləmə vaxtı vaxt itkisi demək deyil. Məkanlarda 3 dəqiqədən artıq gecikmə olduqda, təklif olunan tapşırıq haqqı əlavə vaxtı əks etdirmək üçün avtomatik olaraq tənzimlənəcək.

Yeni xüsusiyyət

Gözləmə vaxtı üçün avtomatik tənzimləmələr

Bəzən, məkan məşğul olduqda və sifariş vaxtında hazır olmadıqda, götürmələr gözləniləndən uzun çəkə bilər. İndi, məkanlarda 3 dəqiqədən çox gözləmə zamanı tapşırıq haqqı avtomatik olaraq artırılır.

Video

Gözləmə vaxtı tapşırıq haqlarına necə təsir edir?

Tapşırıqların necə qiymətləndirildiyini və məkanlarda gözləmə vaxtının rolunu qısa şəkildə izah edən videoya baxın.

Gözləmək hər zaman sərfəlidirmi?

Bu yeni funksiya məkanlarda gözləməyi daha az narahat edici etmək üçün hazırlanıb, amma gözləmək qərarını siz verirsiniz.

Diqqət etməyiniz üçün bəzi tövsiyələr:

Yeni məkanları yoxlayın

İndi tapşırıq haqları gözləmə müddətinə görə avtomatik artırılır, buna görə də adətən gözləmək istəmədiyiniz məkanlarda gözləmək daha sərfəli ola bilər.

Tələbatı qiymətləndirin

Əgər tələbat yüksəkdirsə, gözləməkdən daha yaxşı, yeni tapşırıq götürərək onlayn vaxtınızı daha səmərəli istifadə edə bilərsiniz.

Dəstək Xidmətinə müraciət edin

Əgər gözləmək istəmirsinizsə və tapşırığı üzərinizdən götürmək istəyirsinizsə, istənilən vaxt dəstək xidməti komandası ilə əlaqə saxlaya bilərsiniz.

Gözləmə vaxtı ilə bağlı tez-tez verilən suallar

Sual və narahatlıqlarınızı cavablandırmaq üçün buradayıq. Aşağıda ən çox verilən sualların cavablarını, ətraflı izahları və dəyişikliklərlə bağlı məlumatları tapa bilərsiniz.

Tapşırığı qəbul etdiyiniz zaman, götürmə üçün təxmin edilən vaxtı görürsünüz. Əgər sifariş bu vaxtdan 3 dəqiqə sonra da hazır deyilsə, sistemimiz gözləmə müddətini hesablayır və tapşırıq haqqını uyğun şəkildə tənzimləyir. Gözləmə vaxtı sifariş götürüldükdə dayandırılır. Dəyişdirilmiş tapşırıq haqqını tapşırığınız tamamlandıqdan sonra Maliyyə bölməsində görə biləcəksiniz.

Əlavə ödəniş sizə bir neçə dəqiqə əlavə gözləməyin daha az çətin olmasını təmin etmək üçündür. Daha uzun gecikmələrdə isə bəzən tapşırığı üzərinizdən götürüb yenisini almaq daha məqsədəuyğun ola bilər. Hər vəziyyətdə qərarı siz verirsiniz. +3 dəqiqədən çox gözləməyi seçsəniz, tapşırıq tamamlandıqdan sonra dəyişdirilmiş tapşırıq haqqını Maliyyə bölməsində görəcəksiniz.

Bəli, bu nəzərə alınır və biz bunu təkmilləşdirmək üçün məkanlarla aktiv şəkildə işləyirik. Sifarişi götürdüyünüzü qeyd etdiyiniz anda taymer dayanır, buna görə də əgər məkan sifarişi vaxtından əvvəl hazır kimi işarələyibsə, gözləmə vaxtınız buna təsir etməyəcək. Tapşırığınız tamamlandıqdan sonra tənzimlənmiş tapşırıq haqqını Maliyyə bölməsində görə bilərsiniz.

Niyə Wolt bu yenilikləri edir?

Hər bir yenilik sizdən gələn rəy əsasında həyata keçirilir. Əsas səhifəyə keçin və kuryerlərlə kommunikasiya komandamızdan Mariyenin videoda bu yeniliklərin hansı çətinlikləri həll etməyə çalışdığını izah etdiyini izləyin.